:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ Avropa ölkələrini İŞİD yaraqlılarını “geri götürməyə” çağırıb

Font


Amerika lideri Donald Tramp Avropa İttifaqı ölkələrini İŞİD terror qruplaşmasının 800-dən çox yaraqlısını "geri götürməy”ə və onları məhkəmə qarşısına çıxartmağa çağırıb.

O bunu "Twitter” mikrobloqunda yazıb.

"Birləşmiş Ştatlar Böyük Britaniya, Fransa, Almaniya və Avropadan olan digər müttəfiqlərindən Suriyada yaxaladığımız 800-dən çox İŞİD yaraqlısını geri götürməyi və onları məhkəmə qarşısına çıxartmağı xahiş edir”, – deyə Tramp bildirib.

O əlavə edib ki, "alternativ variant heç də yaxşı deyil”, yəni ABŞ onları azad etmək məcburiyyətində qalacaq.

Daha əvvəl KİV ABŞ-ın öz qoşunlarını Suriyadan tamamilə çıxartmaq niyyətində olduğunu yazıb.