:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda “999” nömrəli “Mercedes-Benz GLS”in sürücüsü tutuldu

Font

Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü tutulub.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğun məlumat verilib.

Verilən məlumata görə, Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Belə ki, fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-cı il təvəllüdlü Sunay Vəliyevin idarə etdiyi "Mercedes-Benz GLS” markalı, 99 VS 999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma,ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, qəzanı törədən S.Vəliyev "Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. O, bahalı maşın kolleksiyalarını sosial şəbəkələrdə yaymaqla tanınıb.

Sosial şəbəkələrdə yaydığı fotolara əsasən 99 VS 999 dövlət nömrə nişanı həm də S.Vəliyevə məxsus son model "Lexus” avtomobilinin üzərindədir. Dəfərlərlə oliqarx övladlarının və digər zəngin balalarının maşın kolleksiyalarında bu cür hallara rast gəlinsə də DYP eyni dövlət nömrə nişanının müxtəlif markalı avtomobillərin üzərində olmasına tutarlı izahat verə bilməyib.

Qeyd edək ki, Məsud Vəliyev 2015-ci ildə dünyasını dəyişib.