:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ-da Bekhemin heykəli qoyulacaq

Font


ABŞ-ın "Los-Anceles Qelaksi” klubu sabiq futbolçusu Devid Bekhemə heykəl qoyacaq.

"Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı veteran yarımmüdafiəçinin abidəsi Kaliforniyada, komandanın ev oyunlarını keçirdiyi "StubHub Center” arenasının girişində olacaq.

Qeyd edək ki, İngiltərə millisinin də sabiq futbolçusu olan D.Bekhem 2007-2012-ci illərdə Los-Anceles Qelaksi”nin heyətində 122 oyuna çıxıb və 19 qol vurub. O, karyerası ərzində vətənində "Mançester Yunayted”, İspaniyanın "Real Madrid”, İtaliyanın "Milan” və Fransanın PSJ klublarının da formasını geyinib.