:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Səhiyyə Nazirliyi Bakıda gənc qızın virusdan ölməsi məsələsinə münasibət bildirib

Font

Səhiyyə Nazirliyi Bakıda gənc qızın virusdan dünyasını dəyişməsi barədə məlumatlara münasibət bildirib.

Nazirlikdən bildirilib ki, vətəndaş Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından ölməsi aparılan laborator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb.

"Bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi nəzarətə götürüb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb. Leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb. Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb", Səhiyyə Nazirliyinin məlumatında vurğulanıb.

Qeyd edək ki, N.Tağızadə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin I kurs tələbəsi olub.