:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda müğənni yol qəzasında ölüb

Font

Qax rayonunda yol qəzasıbaş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolununrayonunQum kəndiərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin -1980-ci il təvəllüdlüMehriban Natiq qızı Mustafayevahadisə yerində ölüb. Sürücü,1979-cu il təvəllüdlüPolad Mahmud oğlu Məmmədovvə digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, mərhumM.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi.

Faktla bağlı araşdırma aparılır.