:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azyaşlı körpələrini küçəyə atan ana tapıldı

Font

Bərdə rayonunda yolun kənarından tapılan bacı-qardaşla bağlı araşdırmalar davam edir.

Bu barədə Bərdə rayon icra başçısının birinci müavini Vahid Qarayev  məlumat verib. Bildirilir ki, araşdırmalar zamanı uşaqların anası tapılıb.

"Həmin şəxs Qazax rayon Kəmərli kənd sakini, 1984-cü il təvəllüdlü Yeganə Məhəmməd qızı Aslanovadır. Hazırda uşaqların vəziyyəti yaxşıdır. Onlarla bağlı rayon polis şöbəsində araşdırma aparılır”, - deyə Vahid Qarayev bildirib.

Qeyd edək ki, kənd sakinlərinin dediklərinə görə, uşaqların anası normal həyat tərzi sürmədiyinə görə, uşaqlarına da baxmaqdan imtina edib. Uşaqlardan biri 10 aylıqdır, digəri isə 1 yaş 8 aylıqdır.

Faktla bağlı araşdırma aparılır.