:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Venesuela BƏƏ-yə 30 tona yaxın qızıl satacaq

Font

Venesuela yaxın günlərdə BƏƏ-yə 15 ton qızıl satmaq niyyətindədir.

Bu barədə mənbəyə istinadən "Reuters" məlumat yayıb.

Adını açıqlamayan yüksəkçinli məmur qeyd edib ki, Cənubi Amerika ölkəsi BƏƏ-yə ehtiyat fondundan ümumilikdə 29 ton qızıl satacaq.

Həmsöhbət həmçinin bildirib ki, ölkə, yanvarın 26-da ehtiyatda olan qzıldan artıq 3 tonunu satmağa macal tapıb.

Ötən il isə Venesuela Türkiyə və BƏƏ-də təmizlənməmiş qızıldan 900 milyon dollara yaxın vəsait əldə edib.