:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İbn Sinanın möcüzəvi resepti

Font

İbn Sina tibb təhsilini əvvəl Kuşyar adlı bir həkimin yanında alıb. Bundan əlavə o, Buxarada atasının və dövrünün ən məşhur alimlərinin tələbəsi olub.

19 yaşında həkim adı alan İbn Sina xəstələri pulsuz olaraq müalicə etməyə başlayıb.

Onun məşhur reseptlərindən bəziləri dövrümüzə kimi gəlib çıxıb.

Onlardan "möcüzəvi resept" adını almış birinin hazırlanma qaydasını təqdim edirik:

Tələb olunan ərzaqlar:

- 250 qr quru əncir
- 1 litr zeytun yağı

Cəmi 5 manata başa gələn ərzaqları hazırlanma qaydası belədir: Əvvəlcə əncirləri yuyun, süzün və quşbaşı doğrayın. Daha sonra onları zeytun yağı əlavə olunmuş bankanın içinə tökün və ağzını bağlayın. Bu qabı 5 gün boyunca qaranlıq bir yerdə saxlayın. Daha sonra səhər və axşam olmaqla gündə iki dəfə yeyin.

Bu qarışıq bütün nəfəs yolları, astma, ağciyər xəstəliklərini aradan qaldırmağa kömək edəcək.

Quru əncirli zeytun yağı qarışımının əsas faydası xərçəng xəstəliyinə qarşı mübarizə aparmasıdır. Bu qarışımdan mütəmadi olaraq istifadə edərək, orqanizminizi xərçəngdən qoruya bilərsiniz.