:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

BMT: Münaqişə bölgələrində yaşayan 56 milyon insan aclıqdan əziyyət çəkir

Font

Hazırda dünyada mövcud olan 8 münaqişə bölgəsində yaşayan 56 milyon nəfər aclıqdan əziyyət çəkir.

"Anadolu” agentliyi xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı ilə qurumun Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə hazırladığı hesabatda bildirilib.

Sənəddə qeyd olunub ki, münaqişənin davam etdiyi 8 ölkdə ərzaq böhranı aktual problem olaraq qalır. BMT-nin məlumatına görə, həmin dövlətlər Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Cənubi Sudan, Yəmən, Suriya, Somali və Çaddır.