:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Dövlət Gömrük Komitəsinin əməkdaşı iş başında ölüb

Font

Dövlət Gömrük Komitəsnin (DGK) əməkdaşı iş başında ölüb.

Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

DGK-nın "Mazımçay” keçid məntəqəsinin Yük daşınma şöbəsinin əməkdaşı, Zaqatala şəhər sakini, 1975-ci il təvəllüdlü Əli Əbülfəz oğlu Tanrıverdiyev Zaqatala şəhər ərazisində iritonnajlı yük maşınından anbara yükün boşaldılmasına nəzarət edən zaman qəfildən halı pisləşərək vəfat edib.

Ə.Tanrıverdiyevin ölümünün səbəblərinin müəyyənləşdirməkdən ötrü meyit Səhiyyə Nazırliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.