:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Mənzili qarət edən oğru ev sahibini bıçaqladı

Font

Bakıda ev sahibi oğru tərəfindəın bıçaqlanıb.

Hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində baş verib.

Zığ qəsəbəsi, Xanlar küçəsi, nömrəsiz evdə yaşayan, 1995-ci il təvəllüdlü Heydərli Əli Mahir oğlunun evinə pəncərəni sındırmaq yolu ilə oğru daxil olub. Mənzildən gümüş bəzək əşyaları və 20 manatı oğurlayan naməlum şəxs ev sahibi ilə rastlaşıb. Oğru ev sahibini qolundan bıçaqlayaraq hadisə yerindən qaçıb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.