:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda telefon və geyim mağazasından oğurluq etmək istəyən yeniyetmə tutulub

Font

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin qüvvə və texniki vasitələri ilə qorunan obyektlərin, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi etibarlı şəkildə təmin olunur.

Nazirlikdən verilən məlumata görə, gecə saatlarında Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan mağazalardan Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan” siqnalı daxil olub. İdarə əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə çıxıb və hər iki obyektin giriş qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən Teymur Cəfərov hadisə yerində saxlanılıb. Hadisəni törədən şəxs saxlanılıb aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinə təhvil verilib. Şöbədə araşdırma zamanı oğurluğa cəhd göstərən şəxsin yetkinlik yaşına çatmadığı məlum olub. Faktla bağlı başlanan araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən 2018-ci il ərzində rayon ərazisində baş verən ümumilikdə 29 cinayətin qarşısı alınıb. İctimai asayişi pozan 104 nəfər saxlanılaraq aidiyyəti üzrə polis bölmə və şöbələrinə təhvil verilib və 1377 obyekt mühafizəyə cəlb edilib.

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, mühafizə polisinin xidmətlərinə etibar edərək onlara müqavilə bağlayan fiziki və hüquqi şəxslərə məxsus bütün mülkiyyət formaları 24 saat etibarlı şəkildə qorunur.