:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Babək prospektində güclü yanğın – VİDEO

Font

Ötən gün axşam saatlarında Bakının Babək prospektində güclü yanğın hadisəsi baş verib.

Bu barədə hadisə şahidləri məlumat veriblər. Hadisənin görüntülərini "qaynar xətti”mizə göndəriblər.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Bakı şəhərinin Xətai rayonunda qeydə alınıb.

Belə ki, ümumi sahəsi 140 m² olan ikimərtəbəli binanın (1-ci mərtəbəsi yağdəyişmə sexi, 2-ci mərtəbəsi ofis kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsinin yanar konstruksiyaları 70 m² sahədə, orada olan "ZAZ” markalı minik avtomobilinin yanar hissələri və binanın plastik üzlüyü 30 m² sahədə yanıb.


Yanğın zamanı bitişik, ümumi sahəsi 110 m² olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının plastik üzlüyü 20 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb.

Binanın və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.