:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp Kim Çen Inla görüşün Vyetnamda keçirilməsini təklif edib

Font

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla ikinci görüşün Vyetnamda keçirilməsini təklif edib.

Bu barədə "Ryonhap" istinadən xəbər verir.

Bildirilir ki, Ağ Ev rəhbəri görüşün fevralın ortalarında keçirilməsini təklif edib. Agentliyin məlumatına görə, hazırda Şimali Koreya ABŞ-ın təklifini nəzərdən keçirir. Qeyd edilir ki, KXDR hələ ABŞ-ın təklifinə rəsmi şəkildə cavab verməyib.

Daha əvvəl məlum olub ki, Koreya Xalq Demokratik Respublikası və ABŞ liderlərinin görüşü yaxın vaxtlarda olacaq.