:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp: "ABŞ digər ölkələrin lazımi dəstək göstərmədiyi hərbi əməliyyatları bitirəcək"

Font

"ABŞ inkişaf etmiş digər ölkələrdən kifayət qədər maliyyə və hərbi yardım almadığı hərbi əməliyyatları bitirmək niyyətindədir".

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.

"Sonsuz müharibələr, xüsusən də əvvəl verilmiş səhv qərarlara görə uzun illər aparılan və bizim etdiklərimizə görə xeyir görən zəngin ölkələrdən kifayət qədər maliyyə və ya hərbi yardım almadığımız müharibələr yekun nəticədə bitiriləcək!", - D.Tramp yazıb.

Qeyd edək ki, daha əvvəl D.Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılacağını açıqlamışdı.