:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanlı futbolçu karyerasını Samarada davam etdirəcək

Font

Rusiyanın "Spartak" klubundan ayrılan Aleksandr Səmədov "Krılya Sovetov"a keçəcək. Bu barədə "Çempionat" nəşrinə Samara təmsilçisinin rəsmisi Aleksandr Şikunov açıqlama verib.

O, 35 yaşlı yarımmüdafiəçi ilə bütün məsələlərdə razılığa gəlindiyini bildirib: "Onun da, bizim də birgə işləmək istəyimiz var. Demək olar ki, bütün məsələlərdə anlaşdıq. Məsələ elan etdiyimiz vaxt rəsmiləşəcək. Lakin danışıqları uğurla apardıq".

Hazırda "Krılya Sovetov"da Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də çıxış edir. Səmədovun keçidi rəsmiləşsə, o, Şeydayevlə komanda yoldaşı olacaq.

Qeyd edək ki, "Spartak" Aleksandr Səmədovla müqaviləni qarşılıqlı razılıq əsasında pozub. "Krılya Sovetov" Rusiya Premyer Liqasında 16 turdan sonra 13-cü pillədə qərarlaşıb.