:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp demokratları hədələdi

Font

ABŞ prezidenti Donald Tramp büdcə böhranı səbəbindən federal hökumətin bir sıra orqanlarının işinin qismən dayandırılması ("şatdaun”) prosesinin hələ uzun müddət davam etməsinə hazır olduğunu deyərək demokratları hədələyib.

"Alman dalğası” bildirir ki, bunu demokrat senator Çak Şumer deyib.

Onun sözlərinə görə, Tramp ötən gün Ağ Evdə demokratların lideri ilə görüşündə "şatdaun” prosesinin aylarla, hətta illərlə davam etməsinə hazır olduğunu bildirib. Lakin bununla belə, Tramp büdcə böhranı üzrə danışıqların növbəti raundunu "olduqca məhsuldar” adlandırıb.

ABŞ prezidenti ilə görüşdən sonra demokratların lideri Nensi Pelosi isə vurğulayıb ki, dünənki görüş xarakter baxımından mübahisəli olub. Buna rəğmən, tərəflər danışıqları davam etdirməyə razılaşıblar.

Ağ Evdən bildirilib ki, Trampla Konqress nümayəndələrinin növbəti görüşü bu gün keçiriləcək.

Xatırladaq ki, ABŞ hökumətinin bəzi nazirlikləri büdcə çatışmazlığından öz işini dayandırıb. "Şatdaun” adlandırılan bu prosesin səbəbi Trampın Meksika ilə sərhəddə divarın tikintisi üçün 5 milyard dollar vəsait ayrılmasını tələb etməsidir. Belə ki, Trampın tələbi Konqresdə respublikaçılarla demokratlar arasında büdcə danışıqlarının iflasa uğraması və 2019-cu maliyyə ili üçün ABŞ dövlət büdcəsinin hələ də qəbul edilməməsi ilə nəticələnib.

ABŞ qanunvericiliyi büdcə təsdiq olunmadan federal hökumətə işləməyi qadağan edir.