:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda gələn il üçün rəsmi bayram günləri açıqlanıb - SİYAHI

Font

Azərbaycanda gələn il üçün rəsmi bayram günləri açıqlanıb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov dekabrın 19-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən, 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6-sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək qeyri-iş günü hesab olunsun”.