:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan XİN: Ermənistanın atdığı addımlar etimadı pozur

Font

"Mövcud münaqişələr ATƏT məkanında sülh və təhlükəsizliyin bərqərar olmasına mane olur".

Bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Milandakı (İtaliya) illik iclasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

İclasda nitq söyləyən nazir XİNŞ-nin ötən il Vyanada keçirilən əvvəlki iclasından sonrakı dövr ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəzərəçarpan irəliləyişin baş vermədiyini vurğulayıb.

"Azərbaycan torpaqları hələ də işğal altındadır”, - deyən E.Məmmədyarov Ermənistanın işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma həyata keçirərək demoqrafik vəziyyəti dəyişmək cəhdləri göstərdiyini diqqətə çatdırıb: "Ermənistanın bu addımları etimadı pozur”.

"Dünən Milanda ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla görüşlərim baş tutub. Çox intensiv məsləhətləşmələr oldu, çox mühüm fikir mübadiləsi aparıldı. Bu görüşləri çox faydalı hesab edirəm".

Bunu da öz növbəsində Elmar Məmmədyarov Milanda (İtaliya) ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının illik iclasında deyib.

XİN başçısının sözlərinə görə, uzun illər ərzində ilk dəfə tərəflər görüşün yekunlarına dair bəyanatın mətni ilə bağlı razılaşa biliblər: "Regionda sülh və rifahın yaradılması üzrə imkanları artırmaq üçün gələn il nizamlama prosesində sıçrayış etməliyik".