:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Sergey Lavrov bu ay Azərbaycana səfərə gələcək

Font

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın ortalarında Azərbaycana səfər edəcək.

Bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O deyib ki, S.Lavrov dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

M.Zaxarovanın sözlərinə görə, Bakıdakı iclas zamanı Azərbaycanın QDİƏT-dəki yarımillik sədrliyinin yekunları müzakirə ediləcək: "Həmçinin nəqliyyat, energetika, kənd təsərrüfatı, elm, texnologiya və səhiyyə kimi vacib sahə problemlərini özündə birləşdirən iqtisadi əməkdaşlıq sahəsindəki regional gündəliyin bir sıra məsələləri də nəzərdən keçiriləcək".