:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Məzahir Nəbiyevə “Əməkdar mühəndis” fəxri adı verilib

Font

Prezident İlham Əliyev Məzahir Nəbiyevə "Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Məzahir Əbilşah oğlu Nəbiyevə "Əməkdar mühəndis” fəxri adı verilsin.

Prezident İlham Əliyev Bakı Metropoliteninin bir qrup işçisinin "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif edilsinlər:

Abdusəmədov Qurban Əli oğlu
Əmrahov Rasim Zeyqəm oğlu
Mehtiyev Rafail Mehti oğlu
Mirzəliyev Əbülfəz Bağman oğlu
Tahirov Xaləddin Şərif oğlu