:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gələn il dövlət investisiya proqramı üçün 6,8 mlrd. manat vəsait proqnozlaşdırılır

Font

Azərbaycanda 2019-cu illər üçün dövlət investisiya proqramının əsas istiqamətləri və bu layihələrə ayrılması nəzərdə tutulan vəsaitlər məlum olub.

Bu, Azərbaycanın 2019-cu il üçün büdcə zərfində öz əksini tapıb.

Büdcə zərfində 2019-cu il üçün dövlət investisiya proqramı 6 mlrd. 825 mln. 300 mln. manat həcmində qiymətləndirilir. Bu vəsaitin 5 mlrd. 129 mln. 600 min manat əsaslı vəsait qoyuluşu hesabına, 1 mlrd. 695 mln. 600 min manat xarici kreditlər hesabına cəlb ediləcəyi gözlənilir.

Dövlət investisiya proqramına əsasən gələn il infrastruktur layihələrinə 4 mlrd. 960 mln. 674,6 min manat, sosial yönümlü layihələrə 965 mln. 34,9 min manat, institusional layihələrə 425 min manat, müdafiə və hüquq-mühafizə layihələrinə 244 mln. 442,2 min manat, ərazilərin bərpası, yenidənqurulması və fövqəladə halların aradan qaldırılması yönümlü layihələrə 5 mln. manat və digər layihələrə 225 mln. 148,3 min manatın yönəldiləcəyi proqnozlaşdırılır.