:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

11 ölkə avrokuboklarda final oyunlarının təşkili üçün namizədliyini irəli sürüb - SİYAHI

Font

2021-ci ildə futbol üzrə Avropa kuboklarının final oyunlarının təşkili üçün namizədliyini 11 ölkə irəli sürüb.

UEFA-nın rəsmi saytı xəbər verir ki, Çempionlar Liqasının (ÇL) həlledici matçını qəbul etməyə Almaniya və Rusiya iddialıdır. Bu ölkələr müvafiq olaraq, Münhen və Sankt-Peterburq şəhərlərinin eyniadlı arenalarını təklif ediblər.

Avropa Liqasının finalını keçirməyə 3 ölkə - Avstriya (Vyana, "Ernst Happel”), Gürcüstan (Tbilisi, "Dinamo-Arena”) və İspaniyadır (Sevilya, stadion müəyyənləşməyib) iddialıdır.

UEFA Super Kuboku üçün namizədlərin sayı isə daha çoxdur. Bu oyunu Belarus (Minsk, "Dinamo”), Finlandiya (Helsinki, "Olimpiyski”), Şimali İrlandiya (Belfast, "Windsor Park”) və Ukrayna (Xarkov, "Metallist”) keçirmək istəyir. Qadınlar arasında ÇL-in finalına isə Çexiya (Praqa, "Eden Arena”) və İsveç (Göteborq, "Qamla Ullevi”) iddia edir.

Namizədlik final matçını qəbul etmək üçün öhdəlik hesab olunmur. Sözügən ölkələr yekun təkliflərini sifariş kitabı ilə birgə 2019-cu il fevralın 15-dək təqdim etməlidirlər. Milli assosiasiyalar final matçlarının təşkilində maraqlı olduqlarını bu il oktyabrın 26-dək bildirməli idilər.

Yekun qərar 2019-cu ilin may və ya iyununda UEFA İcraiyyə Komitəsinin iclasında veriləcək.

Qeyd edək ki, 2019-cu ildə Avropa Liqasının finalı Azərbaycanda keçiriləcək. Mayın 29-na təyin olunan görüş Bakı Olimpiya Stadionunda təşkil ediləcək.