:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İnfantino: 2022-ci il dünya çempionatında 48 komanda iştirak edə bilər

Font

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının iştirakçı komandalarının sayının 48-ə qədər artırılması imkanına baxır.

Bunu FIFA prezidenti Canni İnfantino Asiya Futbol Konfederasiyasının konqresində çıxışı zamanı deyib.

C.İnfantino 2026-cı il dünya çempionatının final mərhələsində komandaların sayını 32-dən 48-dək artırmaq qərarına gəldiklərini deyib:

"Bəs bu, 2022-ci il mundialında baş verəcəkmi? Əgər mümkündürsə, niyə də yox? Hazırda bu məsələni Qətərdən olan və regiondakı digər dostlarımızla müzakirə edirik və bu yeniliyin həyata keçəcəyinə ümid edirik".

Qeyd edək ki, 2022-ci il dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərin 7 şəhərində keçiriləcək.