:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Qəbələdə ərəblərin kirayə qaldığı ev yanıb, ölən və yaralananlar var - SİYAHI - YENİLƏNİB

Font

Qəbələ rayonundaərəb turistlərin qaldığı evdə baş verən yanğın zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə zamanı evdə olan Suriya vətəndaşları - 1993-cü il təvəllüdlü Əhmad Adnan Əl-Həmidi, 2001-ci il təvəllüdlü Nura Adnan Əl-Həmidi, 1989-ci il təvəllüdlü Sara Adnan Əl-Həmidi, 2017-ci il təvəllüdlü Adam Mudar Əl-Dehni, 1960-ci il təvəllüdlü Raba Muhammed Əl-Rovaşda, 1958-ci il təvəllüdlü Adnan Əl-Həmidi müxtəlif dərəcəli bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozuilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib, onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirlir.

***

Qəbələ. 8 oktyabr. REPORT.AZ/ Qəbələ rayonunda ərəb turistlərin yaşadığı evdə yanğın olub.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən fərdi evlərdən birində baş verib.

Belə ki, ərəb turistlərin kirayələyərək yaşadığı evdə baş verən yanğın zamanıbir nəfər ölüb, iki nəfər yaralanıb.

Yanğının söndürülməsi üçün əraziyə FövqəladəHallarNazirliyinin Qəbələ Rayon Yanğından Mühafizə Xidmətininyanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.Yanğın lokallaşdırılıb.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.