:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda avtobus sürücüsünü döyən şəxslər həbs olundu

Font

Bakıda avtobus sürücüsünü döyən şəxslər həbs olunub.

Hadisə paytaxtın Xətai rayonu ərazisində, "Əhmədli" metrostansiyasının qarşısında baş verib.

Zəngilan rayonunda anadan olmuş, Suraxanı rayon sakini, 1993-cü il təvəllüdlü Fərmanov Məmmədrza Şamo oğlu və qardaşı, 1994-cü il təvəllüdlü Fərmanov Asəf Şamo oğlu "Əhmədli" stansiyasının qarşısında marşrut avtobusunun sürücüsü, Naxçıvan sakini, 1970-ci il təvəllüdlü Əsədov Bayram Lətif oğlunu qəsdən döyüb bədən xəsarətləri yetiriblər.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb və hadisəni törədən hər iki şəxs saxlanılıb.