Xorvatiya 1/4 finala çıxıb - VİDEO
- Yerləşdirilib: 2018-07-02 10:20:00
Rusiyada futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha bir görüşü keçirilib. Nijni Novqoroddakı eyniadlı stadionda Xorvatiya və Danimarka yığmaları üz-üzə gəlib. Hesab artıq 1-ci dəqiqədə açılıb. Danimarkalı Matias Yorgensen dəqiqənin tamamında fərqlənib. Lakin bundan cəmi 3 dəqiqə sonra Mario Mancukiç bərabərlik qolunu vurub. Oyunun qalan bölümündə tərəflərdən heç biri fərqlənə bilməyib. Əlavə vaxtda Xorvatiya yığması penalti qazansa da, Luka Modriçin zərbəsini Kasper Şmeyxel qaytarıb. Nəticədə qalib penaltilər seriyasında müəyyənləşib. Bu zaman xorvatiyalı qapıçı Daniel Subaşiç 3, Kasper Şmeyxel 2 zərbəni dəf edib. Beləliklə, Xorvatiya penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələrək, mərhələ adlayıb. 1/4 finalda rəqib İspaniyanı penaltilər seriyasında üstələyən Rusiya olacaq. Görüş iyulun 7-də keçiriləcək. DÇ-2018 1/8 final 1 iyul 22:00. Xorvatiya - Danimarka - 1:1 (əlavə vaxt - 0:0, penaltilərlə - 3:2) Qollar: Mario Mancukiç, 4 - Matias Yorgensen, 1 Dəqiq yerinə yetirilməyən penalti: Luka Modriç, 116 (Xorvatiya) Penalti seriyası: Kristian Eriksen (Danimarka) - 0:0 (Daniel Subaşiç qaytardı) Milan Badel (Xorvatiya) - 0:0 (Kasper Şmeyxel qaytardı) Simon Kyaer (Danimarka) - 1:0 Andrey Kramariç (Xorvatiya) - 1:1 Mixael Kron-Deli (Danimarka) - 2:1 Luka Modriç (Xorvatiya) - 2:2 Lasse Şöne (Danimarka) - 2:2 (Daniel Subaşiç qaytardı) Yosip Pivariç (Xorvatiya) - 2:2 (Kasper Şmeyxel qaytardı) Matias Yorgensen (Danimarka) - 2:2 (Daniel Subaşiç qaytardı) İvan Rakitiç (Xorvatiya) - 3:2 Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Enrike Kaseres, Eduardo Kardozo (hər ikisi Paraqvay) Nijni Novqorod, "Nijni Novqorod" stadionu Qeyd edək ki, ilk 1/4 final cütü iyunun 30-da müəyyənləşib: Fransa - Uruqvay.
XƏBƏRLƏR
- 2019-12-13
- 18:18
Leyla Abdullayeva: "Ermənistan XİN başçısı ölkədaxili neqativ reaksiyadan çox qorxur"
- 18:00
Hikmət Şikarov: Cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində böyüklərə hörmət, qayğı hissinin formalaşdırılması vacib məsələlərdəndir
- 17:57
Azərbaycan XİN ABŞ Senatının qətnaməsini qərəzli və hüquqi əsası olmayan sənəd hesab edir
- 17:03
DSX: Xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 15 nəfər müəyyən edilib
- 16:06
XİN: QDİƏT-də iqtisadi əməkdaşlığı ehtiva edən sənəd layihələri Ermənistanın qeyri-konstruktiv yanaşması səbəbindən qəbul edilə bilməyib
- 15:26
Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında telefon danışığı olub
- 15:19
Komitə sədri: “Qadınlar özlərinə hörmətlə yanaşmalıdırlar”
- 15:02
Azərbaycanda seçkiləri AŞPA-nın 30 nəfərlik müşahidə missiyası izləyəcək
- 14:27
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib
- 14:02
GUAM: Münaqişələrin həll olunmaması narahatlıq doğurur
- Davamı