:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İbrahimoviç DÇ-2018-də oynamaq şanslarını yüksək qiymətləndirib

Font

ABŞ-ın "Los Angeles Galaxy" klubunun forvardı Zlatan İbrahimoviç yayda Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında İsveç milli yığmasına köməklik göstərəcəyinə işarə edib, bu barədə o, öz "Twitter" səhifəsində yazıb.

"Dünya çempionatı-2018-də oynamaq şanslarım yüksəkdir", - deyə o bildirib.

Zlatan İsveç yığmasında 2001-2016-cı illərdə çıxış edib. 36 yaşlı forvard 62 qolla İsveç yığması tarixində ən yaxşı bombardirdir.

İsveç DÇ-2018-də Almaniya, Meksika və Cənubi Koreya ilə bir qrupa düşüb.