:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Aleks Ferqyuson hələ də "Mançester Yunayted"dən milyonlar qazanır

Font

İngiltərə "Mançester Yunayted"inin sabiq baş məşqçisi Aleks Ferqyuson hələ də klubla əməkdaşlıq edir.

"Daily Mail"in verdiyi məlumata görə, 76 yaşlı mütəxəssis "qırmızı şeytanlar"ın ABŞ-dakı səfiri kimi 20 günə 2,3 milyon avro qazanır. Daha 115 min avro hər bir rəsmi açıqlamasından sonra onun hesabına daxil olur. ABŞ-ın keçmiş prezidenti Bill Klinton da bu qədər qazanır.

Şotlandiyalı keçmiş baş məşqçiyə məxsus "ACF Sports Promotions Limited" şirkətinin aktivləri 10,38 milyon avro təşkil edir.

Qeyd edək ki, Aleks Ferqyuson "Mançester Yunayted"in sükanını 2013-cü ildə tərk edib. O, klubun Direktorlar Şurasının üzvüdür. Ferqyuson klubdakı 27 illik fəaliyyəti dövründə 38 kubok qazanıb.