:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Çempionlar və Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb

Font

Liqasının yarımfinal cütləri püşkatma nəticəsində müəyyənləşib
Futbol üzrə Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

Tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub.

Püşk nəticəsində cütlərin tərkibi belə müəyyənləşib:

"Bavariya" (Almaniya) - "Real Madrid" (İspaniya)

"Liverpul" (İngiltərə) - "Roma" (İtaliya)

"Bavariya" - "Real Madrid" cütü finalda nominal ev sahibi olacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları 24-25 apreldə, cavab görüşləri 1-2 mayda keçiriləcək. Final qarşılaşması isə mayın 6-da Ukraynanın paytaxtı Kiyevdəki "Olimpiyski" sadionda baş tutacaq.


Futbol üzrə Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

Tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub.

Püşk nəticəsində yarımfinal cütlərinin tərkibi belə müəyyənləşib:

"Marsel" (Fransa) - "Zaltsburq" (Avstriya)

"Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya)

Finalda "Marsel" - "Zaltsburq" cütünün qalibi nominal ev sahibi olacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları 26 apreldə, cavab görüşləri 3 mayda keçiriləcək. Final qarşılaşması isə mayın 16-da Fransanın Lion şəhərindəki eyniadlı sadionda təşkil olunacaq.