:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılır

Font

21 aprel 2018-ci ildən etibarən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq.

Yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir. Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcəkdir.

Qatar Bakıdan həftədə bir dəfə - həftənin IV günləri saat 01-35-də yola düşəcək, Kiyev stansiyasına 23.04.2018-ci ildən etibarən həftənin I günləri saat 11-46-da çatacaq və həmin gün saat 14-37-də əks istiqamətə yola düşəcəkdir.

Qeyd edək ki, Bakı-Kiyev qatarı Bakıya 26.04.2018-ci ildən etibarən həftənin IV günləri saat 04-10-da çatacaqdır.