:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bosfor boğazında gəminin sahildə saraya çırpıldığı anın görüntüləri yayılıb - VİDEO

Font

Hadisə şahidləri "Vitaspirit" adlı yük gəmisinin idarəetmədən çıxaraq İstanbulun Bosfor boğazı sahilində yerləşən malikanəyə çırpıldığı anı lentə alıblar.

Yenizaman.az RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə ötən gün İstanbulun Asiya hissəsində yerləşən Anadoluhisar rayonunda baş verib.

Misirdən Ukraynaya üzən gəmi sükanda yaranmış nasazlıq səbəbindən Sultan Mehmet Fatih körpüsü yaxınlığında saray binasına çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin binaya ciddi ziyan dəyib. Dağılmış malikanə XVIII əsrdə tikilib və 85 milyon dollar məbləğində qiymətləndirilir.