:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Vatsapdan 2 yenilık

Font

Vatsap ("WhatsApp”) messencerində yeni səsli mesaj xidməti aktivləşdirilir.

Yeni funksiya ilk olaraq "Android” sistemli samartfonlarda aktivləşdiriləcək. Sözügedən yenilik messencerin 2.18.71 versiyasında öz əksini tapacaq. Səsli mesajlardan başqa daha başqa funksiyanın da əlavə ediləcəyi haqqında məlumat verilib.

Hazırda istifadə edilən səsli mesaj sistemində uzun səs göndərmək istəyən istifadəçilər 9 saniyədən sonra səsin qırılmasından şikayət edir. Aktivləşdiriləcək yeni səsli mesaj xidmətində bu problem də aradan qaldırılacaq. Belə ki, indi uzun səsli mesajların yazılması üçün istifadəçi barmağını düymənin üzərinə sıxıb saxlamalıdırsa, yeni funksiyada sadəcə olaraq button üzərinə basaraq yuxarı sürüşdürməklə uzun səsli mesaj yazmaq mümkün olacaq. Lakin səs yazısını istifadəçi özü dayandırmalı olacaq. Avtomatik dayandırma sistemi burada işləməyəcək.

İkinci funksiya isə mövcud səsli mesajı göndərməzdən əvvəl onu dinləməklə əlaqəlidir. Hazırda səsli mesajı göndərməzdən əvvəl dinləmək mümkün deyil. Lakin yenilənəcək sistemdə isə göndərilməzdən əvvəl səs yazısına qulaq asmaq imkanınızı olacaq.