:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Baş katib: "ATƏT-in Bakı ofisini yenidən açmağı planlaşdırmırıq"

Font

Rusiya paytaxtında keçirilən VII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edən ATƏT-in baş katibi, isveçrəli diplomat Tomas Qremingerin APA-nın Moskva müxbirinə eksklüziv müsahibəsi


- Azərbaycana və Ermənistana səfəriniz planlaşdırılırmı?

- Bəli. Bu il Azərbaycan və Ermənistana səfərim planlaşdırılır. Lakin səfərin dəqiq vaxtını deyə bilmərəm. Çünki hələ dəqiqləşməyib. Azərbaycanın və Ermənistanın ATƏT-dəki daimi nümayəndələri, səfirləri ilə bu barədə danışmışam. Bu ilin ikinci yarısında Azərbaycan və Ermənistana səfərimi reallaşdırmağa çalışacağam.

- Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşünüzdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəksinizmi?

- Mən hər zaman Rusiya xarici işlər naziri ilə görüşlərimdə ATƏT məkanındakı münaqişələri müzakirə edirəm. Bugünkü görüşümüzdə də regional münaqişələrin həlli yolları ilə bağlı fikir mübadiləmiz olacaq.

- Azərbaycan rəsmiləri və Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların seçkilərdən sonra intensivləşəcəyini bildirirlər. Seçkilərdən sonra prezident və ya nazirlər səviyyəsində görüşlərin keçirilməsi haqqında təkliflər varmı?

- Fikrimcə, Azərbaycan və Ermənistan prezidentlərinin ötən ilin oktyabrında Cenevrədə keçirilən görüşündən sonra danışıqlar prosesində dinamiklik müşahidə olundu. Ümid edirəm ki, Azərbaycanda keçirilən prezident seçkilərindən sonra danışıqlarda bu müsbət dinamikanı qoruyub saxlaya biləcəyik.

- ATƏT-in Bakı ofisi yenidən açmağı planlaşdırırsınızmı?

- Xeyr. Belə bir planımız yoxdur. Lakin biz Azərbaycan hakimiyyəti ilə Azərbaycanın marağında olan sahələrdə daha çox operativ əməkdaşlıq etmək üçün hazırda dialoqdayıq.