:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Səfir: BƏƏ-dəki səfirlik və baş konsulluqda Prezident seçkiləri ilə bağlı bütün zəruri işlər görülüb

Font

Aprelin 11-də keçiriləcək Prezident seçkiləri ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyində və Dubay şəhərindəki baş konsulluğunda seçki məntəqələri yaradılıb. Bunu sechki-2018.az saytına açıqlamasında Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov bildirib.

O qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərindəki səfirlikdə, Dubay şəhərindəki baş konsulluqda iclaslar keçirilib. İclaslarda komissiyanın sədri, katibi və üzvləri seçilib. Əbu-Dabi şəhərində yaradılmış seçki məntəqəsində 78, Dubay şəhərində isə 197 seçici qeydiyyata alınıb.

Xatırladaq ki, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında Prezident seçkilərinin təşkili məqsədilə gücləndirilmiş rejimdə zəruri tədbirlər görülməkdədir. Bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin müvafiq idarələrinin əməkdaşlarından ibarət işçi qrup yaradılıb və Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə iş aparılır.