:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gənclər Fondunun icraçı direktoru və Müşahidə Şurasının tərkibi təsdiqlənib

Font

Fərid Tahir oğlu Cəfərov Gənclər Fondunun icraçı direktoru təyin edilib.

Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

Azərbaycan prezidenti İlham Əliyev Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında da sərəncam imzalayıb.

Gənclər Fondu Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Məmmədəliyev Yusuf Ülfət oğlu – Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Qurbanov Firudin İsa oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Səmədov Nazim Adil oğlu - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Kərimli Mətin İmdad oğlu - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Hüseynov Seymur Elşad oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu - "Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri

Seyidov Mirhəsən Mirheydər oğlu -"İrəli” İctimai Birliyinin sədri

Hümbətov İlham Gürşad oğlu - "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini.