:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp Tillersonu dövlət katibi vəzifəsindən uzaqlaşdırmasının səbəbini açıqlayıb

Font

"Reks Tillersonla İran məsələsində razılığa gələ bilmədik".

NTV verdiyi məlumata görə, bu sözləri ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonun vəzifədən uzaqlaşdırılmasına dair qərarından sonra ilk açıqlamasında deyib.

O bu qərarı təkbaşına verdiyi bildirib: "Tillersonla fikirlərimiz eyni deyildi. Uzun müddətdir, bu barədə düşünürdük. Pompeo ilə fikirlərimiz isə eynidir və ona tam güvənirəm”.