:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Kim Çenindən ABŞ-a barışıq təklifi

Font

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ABŞ-la sülh müqaviləsini imzalamaq və iki ölkə arasında diplomatik münasibətləri qurmaq arzusunu ifadə edib.

Publika.az xəbər verir ki, bu haqda Cənubi Koreya prezidentinin administrasiyasındakı yüksək vəzifəli mənbəyə istinadən yerli "Tina İlbo” qəzeti bildirib.

Nəşrin həmsöhbətinin sözlərinə görə, dövlət başçısını ABŞ-la münasibətləri sabitləşdirmək arzusunu Cənubi Koreyanın nümayəndə heyətiylə görüşdə ifadə edib.

"Kim Çen Inın son məqsədi ABŞ-la sülh müqaviləsini imzalamaq və Pxenyanda Amerika səfriliyinin açılışı da daxil olmaqla, normal diplomatik münasibətlər qurmaqdır”, - mənbə söyləyib.

Daha əvvəl Şimali Koreya lideri ABŞ prezidenti Donald Trampla görüşməyi təklif edib. Vaşinqton görüşə razılıq verib. Ağ Evdən bildiriblər ki, görüşün vaxtı və yeri daha sonra uyğunlaşdırılacaq.

Xatırladaq ki, prezident Bill Klintonun vaxtında amerikalılar diplomatik münasibətlərin qurulması üçün Pxenyanla danışıqlar aparırdılar. Pxenyanda yerləşən Almaniya Demokratik Respublikasının keçmiş nümayəndəliyinin binasında isə ABŞ-ın səfirliyinin açılması nəzərdə tutulurdu. Ancaq Amerikada hakimiyyət dəyişikliyi və Corc Buşun prezident seçilməsindən sonra bu planlar pozuldu.