:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Sumqayıt, Gəncə və Abşeronda I sinfə ilk dəfə elektron şagird qəbulu başlayıb

Font

Bu gündən 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda I sinfə ilk dəfə elektron şagird qəbulu başlayıb.

"Report”un məlumatına görə, hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Eyni zamanda, Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunub.

Yeni tədris ilində Sumqayıt, Gəncə və Abşeronda lisey və gimnaziyalara uşaqların 1-ci sinfə qəbulu imtahansız keçiriləcək.

Qeyd edək ki, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda təqribən 16-17 min nəfər şagirdin 1-ci sinfə gedəcəyi gözlənilir.

Xatırladaq ki, Bakı şəhərində I sinfə şagird qəbuluna bu il fevralın 22-də start verilib.

Valideynlər www.mektebeqebul.edu.az saytına daxil olmaqla qeydiyyatdan keçə bilərlər. Elektron sistem vasitəsilə sənəd qəbulu ödənişsizdir.