:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ərdoğan: "Onların məqsədi, planı İslamı parçalayıb zəiflətməkdir"

Font

"Heç kimin dinimizi karikaturalaşdırmaq haqqı yoxdur. Biz dində islahat aparmırıq. Bu bizim gücümüz daxilində olan məsələ deyil”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Siyasət Akademiyasının yeni tədris ilinin açılış toplantısında bildirib.

O qeyd edib ki, Əl-Qaidə, İŞİD, Boko Haram kimim terror qruplar İslam təhrif edirlər: "Bəziləri sosial şəbəkələrdə mənə qarşı çıxışlar edirlər. Heç kimin İslamı təhrif etməyə haqqı yoxdur. Siz bu fəqiri (özünü nəzərdə tutur) qorxuda bilməzsiniz. Mən İslamın haqqı olanı deyirəm. Onların məqsədi, planı İslamı parçalayıb zəiflətməkdir".