:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Oskar" mükafatının qalibləri məlum olub - SİYAHI

Font

Los-Ancelesdə Amerika Kino Akademiyasının təsis etdiyi 90-cı "Oskar" mükafatının təqdimat mərasimi keçirilib.

"The Shape of Water” filmi "Ən yaxşı film” nominasiyasında Oskar mükafatına layiq görülüb.

Gary Oldman"Ən yaxşı aktyor",Frances McDormand"Ən yaxşı aktrisa" vəGuillermo del Toro"Ən yaxşı rejissor" mükafatının qalibi olublar.

"The Silent Child” "Ən yaxşı qısa film","A Fantastic Woman”"Xarici dildə ən yaxşı film","Coco” "Ən yaxşı animasiya filmi","Dear Basketball” "Ən yaxşı qısa animasiya filmi" ,"Icarus” "Ən yaxşı sənədli film","Heaven Is A Traffic Jam On The 405” "Ən yaxşı qısa sənədli" film seçilib.

"Oskar"ın digər mükafatları "Ən yaxşı qrim işi", "Ən yaxşı kostyum dizaynı" , "Ən yaxşı texniki effektlər" və s. görə təqdim edilib.

Qeyd edək ki, Amerika Kinoakademiyasının təsis etdiyi "Oskar" mükafatı kinematoqrafiya sahəsində ən nüfuzlu mükafat sayılır. İldə bir dəfə təqdim edilən mükafat 1927-ci ildə yaradılıb. İlk mükafatın təqdim etmə mərasimi isə 1929-cu il mayın 16-da Los-Ancelesdə "Hollivud Ruzvelt" hotelində baş tutub. İlk dəfə 12 nominasiya üzrə qaliblər təqdim edilib.