ABŞ dövlət katibi: “Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlığını anlayırıq”
:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ dövlət katibi: “Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlığını anlayırıq”

Font

"Suriyanın şimal-qərbində baş verən son hadisələrə görə Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlığını anlayırıq”.

NTV xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyə ordusunun Suriyada keçirdiyi aniterror əməliyyatını dəyərləndirərkən deyib.

"Suriyanın şimal-qərbindəki son hadisələr bizi də qayğılandırıb. Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlığının da fərqindəyik”, - ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri bildirib.

Qeyd edək ki, R.Tillerson hazırda Misirdə səfərdədir. O, Qahirədən İordaniyaya gedəcək. Daha sonra isə Türkiyəyə səfər edəcək.