:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bu il 3 yeni “Ayfon” buraxılacaq

Font

"Əpl” şirkəti cari ilin sentyabr ayında 3 yeni model "Ayfon” smartfonu təqdim edəcəyini bəyan edib.

Publika.az xəbər verir ki, yeni modellərin əsas fərqi çərçivəsiz "Super Retina” ekranına malik olmalarıdır. Hazırda isə internetdə 2018-ci ildə buraxılacaq "Ayfon” modellərinin qiymətləri yayımlanıb.

Məlumata görə, ABŞ istehsalçısı istifadəçilərin tələbatını öyrənmək məqsədilə "iPhone X” smartfon modelini buraxıb. Yeni qurğu əlavə funksiyalar və xüsusi komplektləşdirmə baxımından istifadəçilərin marağına səbəb olub. Alıcıları razı salmaq üçün sentyabrda 3 yeni qabaqcıl modelin təqdimatı planlaşdırılır.

İlkin məlumatlara görə, modellər çərçivəsiz ekran, üz skaneri ilə təchiz ediləcək və simsiz enerjidoldurma funksiyasını dəstəkləyəcək. Məşhur analitik Fil Cons satış bazarının "Əpl” şirkəti tərəfindən yeni məhsulların buraxılması ilə əlaqədar qiymət siyasəti barədə fikirlərini bölüşüb. O bildirib ki, "IPS” ekranlı 6,1 düym diaqonallı "iPhone” modelinin qiyməti 800-950 dollar, "OLED” displeyli 5,8 düymlük "iPhone”un 950-1100 dollar, "OLED” ekranlı 6,5 düym diaqonallı "iPhone” smartfonunun isə 1100-1250 dollar təşkil edəcək.