:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Kriptovalyuta zənginləri - SİYAHI

Font

Müntəzəm olaraq dünyanın ən zəngin insanlarının reytinqini hazırlayan "Forbes" ilk dəfə olaraq kriptovalyuta zənginlərinin reytinqini tərtib edib.

lent.az bildirir ki, "Ripple" kriptovalyuta xidmətinin keçmiş CEO-su Kris Larsen kriptovalyuta əməliyyatlarında ən çox varlanan iş adamı seçilib. Onun sərvəti 7,5 - 8 milyard dollar həcmində qiymətləndirilir.

İkinci yeri "Ethereum" kriptovalyutasının yaradılmasında iştirak etmiş Cozef Lavin tutub. Onun sərvəti 1 - 5 milyard dollar arasındadır.

"Binance" kriptovalyuta birjasının yaradıcısı Çanpen Çjao 1,1 - 2 milyard dollarlıq varidatı ilə 3-cü pillədədir.

Tayler və Kemeron Uinklvoss qardaşları 0,9 - 1,1 milyard dollarla 4-cü sıradadır. Maraqlıdır ki, onlar 2008-ci ildə "Facebook" ideyasının müəlliflik hüquqi ilə bağlı Mark Zukerberqi məhkəməyə verərək ondan 65 milyon dollar pul alıblar.

Bitkoin mayninqi üzrə "Bitfury" şirkətini yaradan Vitali Vavilov 500-700 milyon dollarlıq varidatı ilə 5-ci, "Ethereum" kriptovalyutasının yaradıcısı Vitalik Buterin isə 400-500 milyon dollar həcmində sərvəti ilə 6-cıdır.

Qeyd edək ki, "Goldman Sachs" əksər kriptovalyutaların dəyərinin sıfıra enəcəyini və bazardan çıxacağını proqnozlaşdırıb.