:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda yanvarda illik inflyasiya 5,5% olub

Font

Bu ilin yanvar ayında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri ötən ilin yanvar ayına nisbətən 5,5 %, o cümlədən ərzaq məhsulları 6,9%, qeyri-ərzaq malları 5,1%, əhaliyə göstərilən ödənişli xidmətlər 3,9% bahalaşıb.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Cari ilin yanvarında 2017-ci ilin dekabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 0,5%, qeyri-ərzaq mallarının qiymətləri 0,2% artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8% azalıb. Nəticədə, istehlak məhsulları və xidmətlərin ümumi indeksi 100% səviyyəsində olub.

Qeyd edək ki, 2017-ci ildə istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilə nisbətən 12,9 %, o cümlədən ərzaq məhsullarının qiymətləri 16,4%, qeyri-ərzaq mallarının qiymətləri 11,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,3% artıb.

Ötən ilin dekabr ayında noyabr ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,0 %, qeyri-ərzaq mallarının qiymətləri 0,2% artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.