:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nazarbayevin qudasından Azərbaycana "arxadan zərbə"?

Font

Qazaxıstan səfirliyi: "Qazaxıstanlı iş adamı Kayrat Boranbayev heç vaxt Dağlıq Qarabağı ziyarət etməyib"

Heydər Əliyev və hazırkı prezident İlham Əliyev tərəfindən türk dünyasının ağsaqqalı adlandırılan və hər zaman Azərbaycanda böyük rəğbətlə qarşılanan Nursultan Nazarbayevin qudası olan qazax biznesmeninin bu təşəbbüsü Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı səviyyəsini nəzərə alanda anlaşılan deyil.

Bu məsələyə aydınlıq gətirmək üçün Sputnik Azərbaycan Qazaxıstanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə müraciət edib. Səfirlikdən bildiriblər ki, onlarda olan yoxlanılmış məlumata görə, qazaxıstanlı iş adamı Kayrat Boranbayev heç vaxt Dağlıq Qarabağı ziyarət etməyib: "Həmçinin orada hər hansı layihənin maliyyələşdirilməsini həyata keçirməyib və planlaşdırmayıb".
Bu məsələni Sputnik Azərbaycan-a məşhur qazax politoloqu, "Kto yest kto v Kazaxıstane" ("Qazaxıstanda kim kimdir") informasiya-nəşriyyat layihəsinin rəhbəri, Qazaxıstan biblioqrafik ensiklopediyasının baş redaktoru Daniyar Aşimbayev də şərh edib. Onun sözlərinə görə, Qazaxıstan prezidentinin bir sıra məsələlərdə öz mövqeyi olan kifayət qədər çox sayda qohumları var.

"Əgər Qazaxıstanın yeni tarixinə diqqət yetirilsə, görmək olar ki, son vaxtlar prezidentin yaxın ətrafında, başda onunla qohumluq əlaqəsi olan insanlar olmaqla, sanki dövlət başçısının əleyhinə oyun oynayırlar" — politoloq bildirib.

Ekspert qeyd edib ki, Boranbayevin hərəkətlərinə onun Nazarbayevlə qohumluğu və ya Qazaxıstanın rəsmi siyasəti nöqteyi-nəzərindən baxmaq qətiyyən doğru deyil: "Nəzərə alanda ki, Boranbayev biznesmendir və hazırda özünü daha çox mesenat və "Kayrat" futbol klubunun sahibi kimi təqdim etməkdədir, həmçinin diqqəti cəlb etmək üçün özünü çox sərbəst aparır, onda o, Qarabağ məsələsinin də hüquqi və siyasi nüanslarını bilməmiş deyil".

"Hesab edirəm ki, hazırda birinci növbədə həmin informasiyanın nə dərəcədə etibarlı olduğunu yoxlamaq lazımdır. Əgər bu, həqiqətdirsə, onda mən düşünmürəm ki, qazaxıstanlı biznesmen bu məsənin ciddiliyini dərindən dərk edərək ona qol qoyub. Deməli, onun bu barədə dərin siyasi və hüquqi bilikləri olmayıb" — deyə Aşimbayev bildirib.

Politoloq qeyd edib ki, əgər fakt təsdiqini tapsa, qalmaqal yaranacaq və bununla bağlı Boranbayevlə söhbət aparılacaq: "Öz-özlüyündə məscidin bərpası milli məsələ deyil. Bu, daha çox mədəni-dini aktdır və aydın məsələdir ki, onun erməni tarixi ilə əlaqəsi yoxdur".

Sputnik Azərbaycan-ın, həmsöhbəti həmçinin xatırladıb ki, Qazaxıstan Qarabağ münaqişəsi yaranan gündən sülh mövqeyindən çıxış edib: "Nazarbayev 1991-ci ildə onun sülh yolu ilə həllinə cəhd edib. Bununla yanaşı, 1991-ci ilin 20 noyabrında Qarakənd kəndi üzərində Mi-8 vertolyotu vurularkən Qazaxıstan daxili işlər nazirinin müavini, general-mayor Sanlal Serikov da həlak olub. Qazaxıstan bütün məsələlərdə Azərbaycan və Ermənistanın mövqeyinin yumşaldılmasına çalışıb. Hətta onun bu mövqeyi davamlı olaraq radikal dairələrdə narazılıqla qarşılanıb".
Odur ki, ekspertin sözlərinə görə, Qazaxıstanda Qarabağ münaqişəsini şişirtmək arzusu yoxdur: "Hətta Ermənistanın Avrasiya İqtisadi Birliyinə qəbulu zamanı məhz Nazarbayev belə bir tələb irəli sürüb ki, Dağlıq Qarabağ iqtisadi məkana daxil edilə bilməz. Qazaxıstan üçün bu məsələlər çox həssasdır. Əlbəttə, bu, dövlət siyasəti ilə bağlıdır. Şəxsi təşəbbüslər isə, bildiyiniz kimi, bəzən tamamilə bunun əksi ola bilir".

Aşimbayev onu da qeyd edib ki, biznes məsələləri və bəzi fiqurların qarşılıqlı əlaqələrinin Qazaxıstanın dövlət siyasəti ilə heç bir əlaqəsi yoxdur: "Azərbaycanla Ermənistan arasındakı ərazi mübahisələrinə isə Qazaxıstan həssas yanaşır".

Xatırladaq ki, Azərbaycanla Qazaxıstanın Türk Şurası (Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyi — Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə) çərçivəsində siyasi və iqtisadi əlaqələri var. Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında fəal iştirak edir. Qazaxıstan taxılının ilk partiyası 30 oktyabr 2017-ci ildə istismara verilmiş Bakı-Tiflis-Qars qatarı ilə birbaşa xaricə göndərilib.

Azərbaycanla Qazaxıstan arasında iqtisadi əlaqələrinin genişləndirilməsi çərçivəsində Qazaxıstanın Kaşaqan yatağından hasil olunan neftin böyük bir hissəsinin Azərbaycan ərazisindən keçməklə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və Bakı-Supsa kəməri vasitəsilə nəqli nəzərdə tutulub.

AR Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan məhsullarının Qazaxıstana ixracının həcmi 34,272 milyon dollar, Qazaxıstan məhsullarının Azərbaycana idxalı isə 107,8 milyon dollar təşkil edir.