Hollivud ulduzları “Qremmi” mükafatlandırma gecəsində geyimləri ilə heyran etdi - FOTO
:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hollivud ulduzları “Qremmi” mükafatlandırma gecəsində geyimləri ilə heyran etdi - FOTO

Font

Dünən gecə Nyu-Yorkda "Qremmi” mükafatlarının təqdim olunma mərasimi keçirilib.

Xarici mətbuat xəbər verir ki, gecədə Keti Holms, Cordan Dann, Meray Keri, Pink, Rita Ora, Ledi Qaqa, Con Lecend və Krussi Teyqen cütlüyü, həmçinin Beyonsla reper əri Cey Zi və başqaları iştirak edib.

Beyons və Cey-Zi gecənin əsas qəhrəmanları olub. Musiqi mədəniyyətinə verdiyi töhfələrə görə reperə "İkona sənayesi" mükafatı təqdim olunub. Bir neçə dəfə "Qremmi" mükafatına layiq görülən Cey-Zi heykəlini alanda mütəəssir olub və etiraf edib ki, ona layiq görülməyindən çox şaddır. Beyons ərinin nitqini zaldan izləyib. Pop diva qırmızı xalçada görünməyib, bununla belə onun seksual obrazı gecənin əsas diqqətçəkən paltarı olub.

Qaliblərin tam siyahısını təqdim edirik:

İlin albomu - "24K Magic” - Bruno Mars

İlin səs yazısı - "24K Magic” - Bruno Mars

Ən yaxşı R&B ifası- "That’s What I Like” Bruno Mars

Ən yaxşı R&B albomu -"24K Magic” — Bruno Mars

Ən yaxşı albom dizaynı - "24K Magic” - Bruno Mars

Ən yaxşı rep mahnısı - "Humble" – Duckworth, Asheton Hogan and M. Williams II, söz yazarı -Kendrick Lamar

Ən yaxşı rep ifası – "Humble" - Kendrick Lamar