:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Euronews": Qəbələdə olan zaman mütləq yerli daşarası kababın dadına baxın - VİDEO

Font

"Euronews" telekanalı Azərbaycan kababının sirli reseptlərinə həsr olunmuş süjet hazırlayıb.

"Report" xəbər verir ki, süjetdə qədim, gözəl Qəbələ şəhərinin görməli yerləri vurğulanır.

"Qafqazda qəbul olunduğu kimi, mədəni təəssüratdan sonra qarnımızı da doydurmalıyıq. Qafqazda olan zaman ağıla ilk nə gəlir? Əlbəttə ki, kabab" - süjetdə deyilir.

Telekanalın aparıcısı Avrora Veles qeyd edir ki, Qəbələdə olan zaman mütləq yerli daşarası kababın dadına baxın: "Əti əvvəlcə nanə yarpaqları ilə isladırlar, sonra onu dağ daşları arasına qoyub xüsusi qaydada ocaqda qızardırlar".

Süjetdə həmçinin azərbaycanlı baş aşpaz Zahir Musayev yerli kababın ən dadlı və xüsusi özəlliklərə malik olduğuna əminliyini vurğulayır: "Bu ənənə istirahət üçün dayanan və əti daşların üstündə qızardan çobanlar və ovçulardan qalıb. Proses 25 dəqiqə çəkir".

"Əti yeməzdən əvvəl isə məşhur "döyməc" qəlyanaltısının dadına baxmaq olar. O, alça, gilas və göyərtidən ibarətdir və iştahanı artırır. Bir sözlə, Qəbələ və onun ətrafında yaxşıca nahar edə biləcəyiniz xeyli məkanlar var", - telekanal xəbər verir.

Video Player