:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Qızıl ayaq" mükafatına Ronaldu, Messi, Kasilyasın namizədlikləri irəli sürülüb

Font

2017-ci ildə "Qızıl ayaq" mükafatına iddialı olan 10 futbolçunun adı məlum olub.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, mükafata yaşı 28-dən az olmamaq şərtilə, futbolun inkişafına töhfə vermiş oyunçuya təqdim edilir.
Namizədlərin siyahısına Lionel Messi, Lui Suares (hər ikisi "Barselona"nın futbolçularıdır), Kriştian Ronaldu, Serxio Ramos ("Real"), Manuel Noyer, Aryen Robben ("Bavariya"nın təmsilçiləri), İker Kasilyas ("Portu"), Tyaqo Silva ("PSJ"), Yaya Ture ("Mançester Siti") və Andrea Pirlo ("Nyu Yorks siti") daxil edilib.
Qalib səsvermə yolu ilə müəyyən ediləcək, mükafatın təqdimatı isə noyabrın 7-də Monakoda keçiriləcək.