:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp BƏƏ şahzadəsi ilə Qətərlə bağlı danışıqlar aparıb

Font

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) varis şahzadəsi Məhəmməd bin Zeyid Əl Nəhayənlə telefon danışıqları aparıb.
YZ "Gazeta.ru"-ya istinadən xəbər verir ki, bu haqda Ağ Evin mətbuat xidmətindən bildirilib.
"Prezident ABŞ-ın regiondakı müttəfiqləri arasında birliyin əhəmiyyətini qeyd edib və terror qruplarının maliyyələşdirilməsini kəsmək, ekstremizm ideologiyasını etibardan salmağın bütün ölkələr üçün daha çox zəruri olduğunu qeyd edib", - deyə xəbərdə bildirilir.
İyunun 5-də Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ Qətəri terror qruplaşmalarına dəstək verməkdə ittiham edərək bu ölkə ilə diplomatik əlaqələri kəsiblər.
Daha əvvəl Tramp Qətər, BƏƏ və Səudiyyə Ərəbistanını "İran təhlükəsi" ətrafında birləşməyə çağırıb.